Accessibility links

İran uranı yüksək səviyyədə zənginləşdirməyə başlayıb


İran beynəlxalq ictimaiyyətin Tehranın nüvə fəaliyyətini azaltması səylərinə baxmayaraq uranı yüksək səviyyədə zənginləşdirməyə başladığını bildirib. İran dövlət telekanalının məlumatına görə, proses bu gün İranın Natanz obyektində Beynəlxalq Atom Enerji Agentliyinin müfəttişlərinin gözü qarşısında başlayıb. İran dünən beynəlxalq nüvə agentliyinə bildirib ki, Tehran tibbi nüvə reaktoru üçün uranı 20 faiz zənginləşdirməyi planlaşdırır. Qərbin qüdrətli dövlətləri narahatdır ki, İran uranı sonda atom silahı əldə etməyə yol açacaq səviyyədə zənginləşdirə bilər. Ancaq İran nüvə proqramının dinc mahiyyət daşıdığına təkid edir. Buna baxmayaraq, BMT Təhlükəsizlik Şurası İrana artıq 3 dəfə sanksiya tətbiq edib. ABŞ və Fransa İrana daha çox sanksiya qoyulmasına çalışacaqlarını bildiriblər.
XS
SM
MD
LG