Accessibility links

Sudan və Çad düşmənçiliyə son qoymaq barədə razılığa gəlib


Çad və Sudan prezidentləti düşmənçiliyə son qoymaq və ölkələr arasında münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər.

Çad prezidenti İdris Debi və Sudan dövlət başçısı Ömər əl-Bəşir bu gün Sudan paytaxtı Xartumda görüş keçirəndən sonra jurnalistlərə açıqlama veriblər. Cənab Bəşir deyib ki, cənab Debinin səfəri Sudan və Çad arasında bütün problemlərə son qoyur.

Çad prezidentinin sözlərinə görə, onun səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifə açır. Hər iki lider bildirib ki, onlar Sudanın Darfur regionundakı münaqişədən əziyyət çəkən insanlara yardım edəcək birgə layihəyə başlamağı planlaşdırırlar. Onlar habelə Darfurda sülh danışıqlarını dəstəkləyəcəklərinə söz veriblər.

XS
SM
MD
LG