Accessibility links

Pakistanın şimal-qərb bölgəsində intiharçı polis məntəqəsinə hücum edib


Pakistanın şimal-qərbində yerli rəsmilər polis yoxlama məntəqəsində intiharçı bomba hücumu nəticəsində yeddi polis zabiti də daxil olmaqla 13 nəfərin öldüyünü bildirirlər.

Rəsmilərin sözlərinə görə, hücum qəbilələrin yaşadığı Xeybər regionunda əsas şosse yolunda baş verib. Onlar bildirir ki, intiharçı üzərindəki bombanı polis maşının yanında partladıb. 15 adamın yaralandığı bildirilir.

Hələlik hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.

Xeybər şossesi Əfqfanıstana gedən ən məşğul nəqliyyat yoludur. Taliban militantları Pakistanın yerli təhlükəsizlik qüvvələri və Əfqanıstanda koalisiya qüvvələrinə təchizat daşıyan NATO-nun yük maşınlarına burada tez-tez hücumlar edir.

Keçən ildən başlayaraq, Paksitanın hərbi qüvvələri Xeybər də daxil olmaqla, qəbilələrin yaşadığı regionda bir neçə yerdə militantların istehkamlarını hədəf almışdır.

XS
SM
MD
LG