Accessibility links

Vaşinqton və ətrafında yenidən  başlayan qar yağışı nəticəsində nəqliyyat olduqca çətinləşib


Birləşmiş Ştatların şimal-şərq bölgəsində dünən axşam başlayan bir neçə gün ərzindəki ikinci güclü qar yağışı federal hökumətə məxsus idarələrin, məktəblərin və çoxlu bizneslərin bağlı qalmasına səbəb olub. Xatırladaq ki, rəsmi idarələr cümə günü günortadan bəri bağlıdır. Cümə günü axşam başlayan və şənbə günü davam edən qar yağışından sonra Vaşinqton və ətrafında küçələrin qardan təmizlənməsi işi dünənə qədər başa çatmamışdı.
Bu bölqədə federal hökumətin rəsmi idarələri artıq üçüncü gündür ki, bağlıdır.

Mütəxəssislər paytaxt Vaşingtondan Nyu York ştatına qədər olan bölgəyə bu gün axşama qədər qar yağacağını təxmin edirlər. Milli hava bürusu Vaşington bölgəsində yaşayanlara təcili vəziyyətlər istisna olmaqla maşın sürməməyi tövsiyyə edir. Hava şərtlərinin əlverməməsi səbəbilə Vaşinqton şəhərinin bəzi hissələrində yolların təmizlənməsi işi də dayandırılıb. Vaşinqton metrosunun təkcə yer altında qalan hissəsinin işləməyə davam etdiyi bildirilsə də sərnişinlər metro sisteminin yavaş işlədiyindən şikatçidirlər. Cümə günkü qar yağışından dünənə qədər metronun yer üzərində gedən hissələrinin yerləşdiyi stansiyaların çoxu hələ də bağlı idi. Bu arada qar yağışının təsiri altında olan bölgələrdə yüzlərlə təyyarə uçuşu təxirə salınıb.

XS
SM
MD
LG