Accessibility links

Beynəlxalq yayım şirkətləri İranı proqramların ölkədə yayımlanmasına maneə törətməkdə ittiham edir


Amerikanın səsi, BBC və Deutsche Welle radio stansiyaları İran rəsmilərini onların proqramlarının İranda yayımlanmasının qeyri-qanuni şəkildə qarşısını almaqda ittiham edib.

Beynəlxalq yayım şirkətlərinin bu gün açıqladığı birgə bəyanatda deyilir ki, İran onların birgə peyk vasitəsilə proqramlarının yayımına maneələr törədir. Xarici yayım şirkətləri bunun beynəlxalq razılaşmaların pozulmasını olduğunu bildirir və peykin işini təmin edən şirkətlərdən İrana təzyiq göstərməyə çağırır.

ABŞ Dövlət Departamenti bildirir ki, İranın dünən Tehranda hökumət əleyhinə nümayişlərin mətbuatda işıqlandırılmasının qarşısını almaq cəhdləri hökumətin öz xalqından qorxduğunu nümayiş etdirir.

Iranda telefon xətləri və internetin də bağlandığı xəbər verilir.

XS
SM
MD
LG