Accessibility links

Türkiyə prezidenti Banqladeşdədir


Türkiyə prezidenti Abdullah Gül ölkəsi ilə Banqladeş arasında ticarətin bir milyard dollara çatdırılmasına çağırıb. Cənab Gül bu bəyanatı Banqladeş prezidenti Zillur Rəhmanla görüşündən sonra verib. Türkiyə lideri illik ticarətin hazırkı 600 milyon dollardan artıq olmasını arzulayır. Prezident Rəhman cənab Gülə Banqladeşin enerji və toxuculuq sektorlarına investisiya qoymağı tövsiyə edib. Türkiyə prezidentinin nümayəndə heyətinə 180 nəfər daxildir. Prezidentin Banqladeş baş naziri Şeyx Hasina və müxalifət lideri olan sabiq baş nazir Xalida Zia ilə də görüşü gözlənilir.
XS
SM
MD
LG