Accessibility links

Koalisiya qüvvələri 20 Taliban əsgərini öldürübülər


Təxminən 15 min Əfqanıstan, Britaniya və Amerika əsgəri ölkənin cənubundakı Helmənd vilayətində qiyamçılara qarşı yeni hərbi əməliyyata başlayıblar. Əfqan ordusunun komandiri Şirməhəmməd Zazay bildirib ki, şiddətli döyüşlərdə azı 20 taliban yaraqlısı öldürülüb və 11 yaraqlı əsir götürülüb. NATO rəsmiləri xəbər verir ki, bu gün yaraqlıların bomba hücumları nəticəsində 3 Amerika əsgəri həlak olub. Bu hücumun yeni geniş miqyaslı hərbi əməliyyatla bağlı olduğu məlum deyil. Britaniya, Amerika və Əfqan hərbi qüvvələrinin geniş miqyaslı quru hüçumları Marcah şəhərindən başlayıb. Bu bölgə taliban yaraqlıların əsas istehkamı sayılır.
XS
SM
MD
LG