Accessibility links

Dövlət katibi Klinton İranı təhlükəli siyasi kursu dəyişməyə çağırır


Dövlət katibi Klinton İranı təhlükəli siyasi kursu dəyişməyə çağırır

Dövlət katibi Klinton İranı təhlükəli siyasi kursu dəyişməyə çağırır

<!-- IMAGE -->

ABŞ Dövlət katibi Hillari Klinton İranı təhlükəli nüvə siyasətini dayandırmağa çağırıb.

Bu gün Qətərin paytaxtı Dohada Dünya İslam Forumunda danışan xanım Klinton deyib ki, İranın hazırkı durumu beynəlxalq ictimaiyyətə onunla sərt danışmaqdan başqa seçim qoymur.

Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasına İrana qarşı sanksiyaların dördüncü raundunun tətbiq edilməsi üçün təzyiq göstərir.

Dövlət katibi Klinton ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərilə danışıqlar aparmaq məqsədilə Qətər və Səudiyyə Ərəbistanına səfər edir. Müzakirələrin diqqət mərkəzində İran və İsrail-Fələstin sülh danışıqlarının bərpası durur.

Prezident Obama Klintonun səfərindən öncə 56 üzvü olan İslam Konfransı təşkilatında xüsusi nümayəndə seçmişdir.

XS
SM
MD
LG