Accessibility links

Ukraynanın Mərkəzi Seçki komissiyası Viktor Yanukoviçin prezident seçkisinin qalibi olduğunu rəsmən elan edib


<!-- IMAGE -->

Ukraynanın Mərkəzi Seçki Komissiyası müxalifət lideri Viktor Yanukoviçin 2010-cu il prezident seçkisinin qalibi olduğunu rəsmən elan edib.

Komissiyasının sədri Volodimir Şapoval bu gün Kiyevdə bunu elan edərək cənab Yanukoviçin Yuliya Timoşenko üzərində 3,48 faiz səs fərqilə qələbə çaldığını göstərən rəsmi rəqəmləri təsdiq edib.

Bu xanım Timoşenkonun komissiyanın rəsmən nəticələri ratifikasiya etməsindən öncə fevralın 7-i seçkisinin nəticələri ətrafında mübahisə aparmaq cəhdləri üçün əsas zərbədir.

<!-- IMAGE -->

Şənbə günü televiziyada çıxış edən hazırkı baş nazir Yuliya Timoşenko səsvermənin saxtalaşdırıldığına dair sübuta malik olduğunu deyib və seçkinin nəticələrilə bağlı məhkəməyə müraciət edəcəyinə söz verib. O, cənab Yanukoviçin heç vaxt Ukraynanın legitim seçilmiş prezidenti ola bilməcəyinə dair fikrini təkrar etmişdir.

Yuliya Timoşenko seçkinin nəticələrilə bağlı iddiaları ATƏT-in Ukraynada seçkini azad və ədalətli kimi qiymətləndirməsinə baxmayaraq qaldırır.

XS
SM
MD
LG