Accessibility links

İranda Bəhai cərəyanının beş davamçısı həbs edilib


İranda Bəhai cərəyanının beş davamçısı həbs edilib
İranda Bəhai cərəyanının beş davamçısı həbs edilib

İran mətbuatı qadağan olmuş Bəhai cərəyanının davamçıları olan beş nəfərin həbs edildiyini bildirir.

Hökumətə yaxın gündəlik Cavan qəzetində verilən məlumata görə İran rəsmiləri beş Bəhai liderini bu gün Tehranda həbs ediblər. Onlardan biri 2008-ci ildə həbs edilmiş Bəhai liderinin qızı Niki Xancanidir.

Keçən ay Bəhai cərəyanının yeddi davamçısı İsrailin xeyrinə casusluq və əməkdaşlıq etmək ittihamları ilə həbs edilmişdi.

Bəhai cərəyanı 1860-cı illərdə İranda bəhailərin çoxunun peyğəmbər hesab etdiyi Bəhaulla tərəfindən yaradılmışdır. İranın şiə dini rəhbərliyi bu dini cərəyanı islam dininə zidd hesab edir.

XS
SM
MD
LG