Accessibility links

NATO Əfqanıstanda hərbi əməliyyat zamanı 12 mülki vətəndaşın həlak olduğunu təsdiq edib


<!-- IMAGE -->

NATO Əfqanıstanın cənubunda ABŞ-ın başçılığı ilə Taliban əleyhinə genişmiqyaslı hücum zamanı 12 əfqan mülki vətəndaşın öldüyünü təsdiq edib.

NATO bildirir ki, mülki şəxslər üsyançılara atılmış iki raket hədəfdən yayındığı zaman həlak olmuşdur.

Əfqanıstan prezidenti Həmid Karzai insidentə görə təəssüfünü ifadə edib. Cənab Karzai Nad Əli rayonunda baş vermiş hadisə ilə əlaqədar təhqiqat aparılması haqda göstəriş verib.

Genişmiqyaslı hərbi əməliyyat dünən cənubda yerləşən Helmənd vilayətinin Mərcah bölgəsində keçirilməyə başlayıb.

ABŞ, Britaniya və Əfqanıstan hərbi qüvvələrinin 15 minə yaxın əsgəri Talibanı onun istinadgahı olan bu ərazidən çıxarmaq məqsədilə başlayan əməliyyatda iştirak edir.

XS
SM
MD
LG