Accessibility links

İran ABŞ, Rusiya və Fransadan nüvə yanacağı ilə bağlı yeni təklifləri nəzərdən keçirdiyini bildirib


İran ABŞ, Rusiya və Fransadan nüvə yanacağı ilə bağlı yeni təklifləri nəzərdən keçirdiyini bildirib
İran ABŞ, Rusiya və Fransadan nüvə yanacağı ilə bağlı yeni təklifləri nəzərdən keçirdiyini bildirib

<!-- IMAGE -->

İran deyir ki, ABŞ, Rusiya və Fransadan nüvə yanacağı ilə bağlı daxil olan yeni təklifləri nəzərdən keçirir. Rəsmi Paris isə hansısa yeni təklifin irəli sürülmədiyini bildirib. İran mediası ölkənin atom enerji təşkilatının rəhbəri Əli Əkbər Salehiyə istinadən Tehranın bu təklifləri öz uranını zənginləşdirməyə başladıqdan sonra aldığını xəbər verir.

Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Salehinin iddiasını təkzib edərək, İrana yeganə təklifin Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən oktyabr ayında verildiyini söyləyib. İran həmin təklifi qəbul edəcəyi ilə bağlı qarışıq siqnallar göndərib.

XS
SM
MD
LG