Accessibility links

ABŞ dövlət katibi Hillari Klinton İranda hərbi diktatura qurulmasından narahatdır


ABŞ dövlət katibi Hillari Klinton İranda hərbi diktatura qurulmasından narahatdır

ABŞ dövlət katibi Hillari Klinton İranda hərbi diktatura qurulmasından narahatdır

<!-- IMAGE -->

ABŞ dövlət katibi Hillari Klinton Birləşmiş Ştatların İranın tədricən hərbi diktatorluğa çevrildiyinə inandığını deyib. Bu gün Qatarda tələbələr qarşısında çıxış edən xanım Klinton İranın elitar İnqilab Qvardiyasının hökuməti sıxışdırıb hakimiyyətdən salmaq qabiliyyətində olduğunu deyib. Dövlət katibi Klinton bu açıqlamanı İranın nüvə proqramı ilə bağlı təzyiqləri artırmaq məqsədi ilə İran körfəzi bölgəsinə etdiyi səfəri zamanı verib. Bundan sonra isə xanım Klinton İrana qarşı yeni sanksiyaları müzakirə etmək üçün Səudiyyə Ərəbistanında kral Abdullah və xarici işlər naziri, şahzadə Səud Əl-Feysəllə görüşəcək.

Dünən Dohada Birləşmiş Ştatlar-İslam Dünyası Forumunda çıxış edən dövlət katibi Vaşinqtonun İranla mübahisəni sülh yolu ilə həll etmək istədiyini desə də, Tehran bomba istehsal etdiyi bir zamanda ABŞ-ın onunla dialoqa getməyəcəyini bəyan edib.

XS
SM
MD
LG