Accessibility links

Pakistanda 3 yaraqlı öldürülüb


Pakistanda 3 yaraqlı öldürülüb
Pakistanda 3 yaraqlı öldürülüb

<!-- IMAGE -->

Pakistan rəsmiləri bildirir ki, ABŞ-a məxsus olduğu ehtimal edilən pilotsuz təyyarə hücumu nəticəsində şimal-qərb bölgəsində 3 yaraqlı öldürülüb. Bir gün əvvəl bu ərazidə oxşar hücum həyata keçirilmişdi. Rəsmilər deyir ki, pilotsuz təyyarədən atılan raket Şimali Vəziristanın Tapi kəndində bir avtomobili vurub. Dünən rəsmilər bildirmişdi ki, Mir Əli şəhərindəki təlim düşərgəsinə raket hücumu nəticəsində 7 yaraqlı ölüb. Yarı-muxtar qəbilə region Taliban, Əl-Qaidə və Haqqani qruplaşmalarının sığınacağı kimi istifadə olunur. Bu qruplar sərhədi keçərək Əfqanıstanda beynəlxalq qüvvələr və əfqan qoşunlarına qarşı hücumlar həyata keçirməkdə ittiham olunur.

XS
SM
MD
LG