Accessibility links

Viktor Yanukoviçin yeni prezidentliyə andiçmə mərasimi fevral ayının 25-nə təyin edilib


Viktor Yanukoviçin yeni prezidentliyə andiçmə mərasimi fevral ayının 25-nə təyin edilib

Viktor Yanukoviçin yeni prezidentliyə andiçmə mərasimi fevral ayının 25-nə təyin edilib

<!-- IMAGE -->

Ukrayna parlamentinin 238 nəfərdən ibarət üzvü Viktor Yanukoviçin yeni prezidentliyə andiçmə mərasiminin fevral ayının 25-nə təyin edilməsui barədə bu gün qərar qəbul etmişdir. Fevral ayının 7-də keçirilənprezident seçkilərində Viktor Yanukoviçə uduzanUkraynanın baş naziri Yuliya Timoşenko seçki nəticələrini ləğv etmək üçün qanuni vasitələrə üz tutacağını deyib. Seçkilərin nəticələri ilə bağlı şikayətə bu gün Ukraynanın Ali Məhkəməsi tərəfindən baxılmalıdır. Seçkilər zamanı 887 000 səs azlığı ilə uduzan xanım Timoşenko bir milyondan çox səsin saxtalaşdırıldığını deyir.

Keçən həftə ATƏT-in Ukrayna seçkilərində iştirak edən monitorinq komissiyası seçkilərin ədalətli və demokratik qaydalara uyğun keçdiyini bəyan etmişdi.

XS
SM
MD
LG