Accessibility links

Talibanın ikinci adamı ələ keçirilib


Talibanın ikinci adamı ələ keçirilib
Talibanın ikinci adamı ələ keçirilib

<!-- IMAGE -->

ABŞ və Pakistan rəsmilərinin bildirdiyinə görə, hər iki ölkənin kəşfiyyat agentlərinin qatıldığı məxfi birgə əməliyyat nəticəsində Əfqanıstan Talibanının yüksək rütbəli komandiri bir neçə gün əvvəl Kəraçidə ələ keçirilib. Rəsmilər Molla Əbdül Qani Baradarın Talibanın təsisçisi Molla Məhəmməd Ömərdən sonra ikinci ən güclü adam olduğunu bildirib. Məlumata görə, o, 2001-ci il Əfqanıstanda müharibə başlayandan bəri ələ keçirilən ən mühüm Taliban fiqurudur. Əfqanıstan Talibanı Baradarın ələ keçirilməsini rədd edərək xəbəri şayiə adlandırıb. Pakistan və Amerikda kəşfiyyat agentləri deyir ki, hazırda onlar Talibanın gündəlik hərbi əməliyyatlarına başçılıq edən və qrupun hakim siyasi şurasının rəhbəri olan Baradarı sorğu-sual edirlər.

XS
SM
MD
LG