Accessibility links

Hillari Klinton ABŞ-ın diqqətini İranın İnqilab Qvardiyasına sanksiyalara yönəltdiyini deyib


Hillari Klinton ABŞ-ın diqqətini İranın İnqilab Qvardiyasına sanksiyalara yönəltdiyini deyib

Hillari Klinton ABŞ-ın diqqətini İranın İnqilab Qvardiyasına sanksiyalara yönəltdiyini deyib

<!-- IMAGE -->

ABŞ dövlət katibi Hillari Klinton deyib ki, Birləşmiş Ştatlar diqqətini İranda İnqilab Qvardiyasına sanksiyalara yöəldib, çünki bu qrup artan qaydada təhlükəsizlik, siyasi və iqtisadi qərarların qəbul edilməsində fəallıq göstərir.

Amerikanın Səsinə müsahibəsində xanım Klinton bildirib ki, İnqilab Qvardiyasının səlahiyyətləri çoxaldıqca İran daha aqressiv və repressiv bir dövlətə çevrilir. Xanım Klinton bu cərəyanın prezident Mahmud Əhmədinejadın yenidən prezident seçilməsindən qaynaqlandığına işarə edib.

Nüvə məsələsinə gəldikdə dövlət katibi Klinton bildirib ki, ABŞ heç zaman uzadılmış əlini geri çəkməyəcək, lakin İran ilk öncə öz yumruöunu açmalıdır. Onun sözlərinə görə dünya qüdrətləri İrana onun nüvə proqramı ilə bağlı təzyiqlər göstərmək və sanksiyalar tətbiq etmək üzərində razılaşıblar.

XS
SM
MD
LG