Accessibility links

Jurnalistləri Müdafiə Komitəsi mətbuata təzyiqlərə dair illik hesabatını açıqlayıb


Jurnalistləri Müdafiə Komitəsi mətbuata təzyiqlərə dair illik hesabatını açıqlayıb

Jurnalistləri Müdafiə Komitəsi mətbuata təzyiqlərə dair illik hesabatını açıqlayıb

Jurnalistləri Müdafiə Komitəsi bildirir ki, keçən il dünyada1992-ci ildən jurnalistlərin ölüm halları qeydə alınmağa başlayandan ən çox sayda media işçisi həlak olmuşdur. Təşkilatın mətbuata hücumlara dair özünün illik hesabatında bildirir ki, 2009-cu ildə dünya ölkələrində 71 jurnalist həlak olmuşdur. 2008-ci ildə ölən jurnaslistlərin sayı 41 idi.

Media hüquqlarını müdafiə edən qrupun bildirdiyinə görə, Filippində seçkilərlə bağlı zorakılıqlar nəticəsində 31 jurnalist və media işçisinin ölməsi bu rekord qərəmə səbəb olmuşdur. Hesabatda göstərilir ki, bu, komitə jurnalistlərin ölüm hallarını qeyd etməyə başladığı vaxtdan media işçiləri arasında ölüm hallarının ən çox olduğu bir ildir.

Filippindən sonra hesabatda Somali, İraq və paksitan jurnalistlər üçün ən təhlükəli ölkələr kimi göstərilir. Somalidə 2009-cu ildə doqquz jurnalist öldürülüb, İraq və Pakistanda isə media işçiəri arasında ölənlərin sayı dörd nəfərdir.

Jurnalistləri Müdafiə Komitəsi İranda seçkidən sonra jurnalistlərin təqib edilməsini son zamanlar mətbuata qarşı ən qəddar və geniş basqı kimi qiymətləndirərək xüsusi qeyd edir. Komitənin bildirdiyinə görə, İranda keçən ilin iyun ayında prezident Mahmud Əhmədinejadın hakimiyyətdə qalması ilə nəticələnmiş seçkidən sonra müxalif səsləri susdurmaq üçün 90 jurnalist həbs edilmişdir. Hesabatda göstərilir ki, İranda dekabr ayına qədər 23 jurnalist və redaktor həbsdə qalırdı.

Komitə dünya ölkələrində 136 jurnalistin məhsbəsdə olduğunu bildirir. Lakin qrup deyir ki, beynəlxalq təzyiq Birma və Qambiya da daxil olmaqla, bəzi ölkələrdə həbsdə olan jurnalistlərin azad edilməsini təmin etmişdir. Jurnalistləri Müdafiə Komitəsi bildirir ki, onun öz fəaliyyətləri nəticəsində dünya ölkələrində keçən il həbsdə olan 45 jurnalist azad edilmişdir.

XS
SM
MD
LG