Accessibility links

ABŞ Mətbuatı: İranda siyasi böhran


ABŞ Mətbuatı: İranda siyasi böhran

ABŞ Mətbuatı: İranda siyasi böhran

<!-- IMAGE -->

Ötən həftə İranda İslam inqilabının ildönümü müxalifət tərəfdarları ilə toqquşmalar və Tehranın nüvə dövlətinə çevrilməsi barədə bəyanatlarla müşayiət olundu. İyunda keçirilmiş prezident seçkilərindən sonra siyasi çalxalanmaya məruz qalmış ölkəni müşahidə edən təhlilçilər teokratik rejimin dərin böhranla üzləşdiyi qənaətindədirlər.

New York Post qəzetinin yazarı Əmir Taheri “Rejim Uçurum Astanasında” adlı məqaləsində İslamçı rejimin legitimliyini büsbütün tükətdiyini qeyd edir. Onun sözlərinə görə İslam inqilabının ildönümündə rəsmi Tehranın pul və təzyiqlə paytaxta yığdığı kütlələr İslam inqilabının irsinə əhali arasında mövcud olan ikrah hissini gizlədə bilmədi. İnqilab Qvardiyasının sözçüsü Əli Əsğər Abxizr etiraf etdi ki, inqilabı yad edən nümayişlər Tehranda cəmi 33 ictimai meydana, 4,000 yaşayaış məntəqəsi olan İran boyu isə cəmi 637 qəsəbə və şəhərə məhdudlaşmışdı. Son 30 ildə rejim inqialbın ildönümündən istifadə edərək dünyaya öz gücünü nümayiş etdirirdi. Bu dəfəki 11 fevral tədbirləri isə əksinə, rejimin zəifliyini və təcrid olunduğunu üzə çıxardı. Sabiq prezidentlər, Tehranın meri və təqaüddə olan generallar də daxil olmaqla İranda əhalinin böyük əksəriyyəti inqilab tədbirlərini baykot etdi. Ölkədə nəhəng bir parçalanmanın cərəyan etdiyini anlayan Milli Məclis spikeri Əli Laricani və onun ədliyyə qoluna rəhbərlik edən qardaşı Sadiq ali dini rəhbər Ayətulla Əli Xameneyiyə məsələyə siyasi həll yolu tapmağı və müxalifətin bəzi tələblərini qəbul etməyi tövsiyə edirlər. O biri tərəfdən Xameneyiyə sərt xətt təmayüllü qüvvələrdən də təzyiqlər gəlir. Həmişə zəifliyi və qətiyyətsizliyi ilə tanınmış Xameneyi illər boyu ətrafında sabiq prezidenti Haşemi Rəfsəncani kimi fiqurlara arxalanıb. İndi isə müxalifətlə yaxınlaşan Rəfsəncani qərar verməkdə çətinlik çəkən ali dini rəhbəri yalqız buraxıb.

Washington Post-un yazarı Deyvid İqnatius da İran hökumətinin sabitliyi haqda Əmir Taherinin müşahidələrini bölüşür. İran üzrə ekspert Kərim Sədcadpurdan sitat gətirən İqnatus yazır: “İran hökumətlərin Enronudur. Əgər İran birjaya çıxarılsaydı, onun səhmlərini heç kəs almazdı.” Müəllifin qənaətincə, İran hökumətinin duruş gətirməyəcəyi bir çoxlarına aydndır. Lakin bu prosesin hansı tezlikdə baş verəcəyini və nələrə başa gələcəyini bilmək çətindir. İran daxildə dərin parçalanma ilə üzləşir və müsəlman dünyasında legitimliyini itirib. Prezident Obamanın İrana dialoq əli uzatması İslamçı hökumətin tez-tez istifadə etdiyi Böyük Şeytan arqumentini zəiflədir. İqnatius İran haqda düşünərkən Sovet modeinə istinad etməyi tövsiyə edir. Belə ki, Soyuq Müharibə dönəmində ABŞ sovetlərlə düşmənçilik aparsa da Moskva ilə təmaslardan qaçmırdı. Nəhayət, ABŞ Sovet İttifaqına qarşı dünyanın müxtəlif guşələrində məxfi əməliyyatlar apararaq onun nüfuzunu sabotaj edirdi. İranlılar yaxşı anlayır ki, Qərb İranın nüvə proqramını sıradan çıxarmaq üçün bir çox mümkün vasitələrə əl atmaqdadır. Deyvid İqnatius hesab edir ki, ABŞ-ın hazırda İran siyasətində işlətdiyi müxtəlif metodlar taqətdən düşmüş teokratik rejimin sonunu yaxınlaşdırmaq üçün effektiv mübarizə yoludur.

XS
SM
MD
LG