Accessibility links

Pakistan Molla Əbdül Qəni Bəradarın ələ keçirildiyi təsdiq edib


Pakistan Molla Əbdül Qəni Bəradarın ələ keçirildiyi təsdiq edib

Pakistan Molla Əbdül Qəni Bəradarın ələ keçirildiyi təsdiq edib

<!-- IMAGE -->

Pakistan ordusunun bu gün açıqladığı bəyanatında Taliban komandiri Molla Əbdül Qəni Bəradarın ələ keçirildiyi təsdiq edilib. Bəyanatda deyilir ki, son günlər həbs edilənlərin şəxsiyyətlərinin yoxlanışı zamanı onların arasında Bəradarın da olduğu müəyyən edilib.

ABŞ və Pakistan rəsmilərinin bildirdiyinə görə, Bəradar hər iki ölkənin kəşfiyyat agentlərinin qatıldığı əməliyyatlar zamanı Kəraçi şəhərində yaxalanıb. Əfqan mənşəli Molla Əbdül Gəni Bəradar Talibanın banisi Molla Məhəmməd Ömərdən sonra ikinci ən nüfuzlu fiqurdur. Rəsmilər Bəradarın 2001-ci il Əfqanıstanda müharibə başlayandan bəri ələ keçirilən ən mühüm Taliban lideri olduğunu deyirlər.

Birləşmiş Ştatlar prezidenti Barak Obama Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün bu gün Vaşinqtonda ABŞ-ın yüksək rütbəli rəsmiləri ilə görüşəcək.

XS
SM
MD
LG