Accessibility links

Dünya boyu jurnalistlərə basqılar çoxalıb


Dünya boyu jurnalistlərə basqılar çoxalıb

Dünya boyu jurnalistlərə basqılar çoxalıb

<!-- IMAGE -->

Mətbuatın qorunması yönümündə fəaliyyət göstərən beynəlxalq təşkilat deyir ki, 2009-cu il dünya boyu jurnalistlər üçün ölümcül keçib. Belə ki, ötən il 71 jurnalist peşəkar fəaliyyətlərinə görə qətlə yetirilib. Jurnalistləri Müdafiə Komitəsinin açıqladığı illik hesabatda Azərbaycanda müstəqil mətbuata basqılara da geniş yer verilib.

Filippində 31 jurnalistin və onların köməkçilərinin öldürülməsi 2009-cu ildə jurnalistlərə qarşı ən dəhşətli hücum olub. Bütün dünya boyu ən pis olaylardan biri sayılan qətliyam Filippində etiraz aksiyalarına yol açıb.

Lakin Jurnalistləri müdafiə Komitəsinin Mətbuata Hücumlar adlanan illik hesabatında bildirdiyi kimi 2009-cu il dünya boyu jurnalistlərə hücumlarla müşayiət olunub. Komitənin direktor müavini Robert Mahoni:
“Bu, jurnalistlər üçün ölümcül bir il olub. Bu il həmçinin jurnalistləri dəmir barmaqlılar arxasına qoyan avtoritar və repressiv rejimlər üçün pis bir il olub.”

Mahoni Mahmud Əhmədinejadı ikinci dönəm hakimiyyətdə saxlayan iyun prezident seçkilərindən sonra İranda mətbuata qarşı basqıları misal gətirir. Tutulanlar sırasında Newsweek məcmuəsinin müxbiri Məzyar Bahari təkadamlıq kamerada 118 gün qalıb: “Onlar istəyirdilər ki, mən xarici hökumətə casusluq etdiyimi etiraf edim və boynuma alım ki, müxtəlif islahatyönümlü siyasətçilərlə əlaqədəyəm.”

Bahari xəbərdarlıq edir ki, İran rəsmiləri hazırda internet blogerlərinə qarşı basqıları davam etdirrilər.

Jurnalistləri Müdafiə Komitəsinin rəyinə görə bu növ basqılar Azərbaycanda da geniş yer alıb. İllik hesabatda blogerlər Adnan hacızadə və Emin Millinin qurama xuliqanlıq ittihamları ilə həbs olunaraq 2 il azadlııqdan məhrum edilməsinə diqqət çəkilir. Oxşar ittihamlar Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı da irəli sürülüb. Cənab Zahid iki nəfərin iddiası əsasında dörd il azadlıqdan məhrum edilib.

Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan prezidenti İlham Əliyevi regionda jurnalistləri ən çox həbs edən avtoritar lider kimi təsvir edir. Sənəddə deyilir ki, prezidentliyi atası Heydər Əliyevdən miras almış cənab Əliyev hakimiyyətini möhkəmləndirdikdən sonra söz azadlığı baxımdan onsuz da acınacaqlı olan durumu xeyli pisləşdirib. 2009-cu ilin yanvarında Azərbaycan hökumətinin qərarı ilə Amerikanın Səsi, Azadlıq, və BBC radiostansiyaları ölkənin FM tezliklərindən yığışdırılıb. Bunu etməklə rəsmi Bakı ölkə vətəndaşlarının müstəqil informasiya mənbələrinə çıxışını kəskin məhdudlaşdırıb.

Hesabatda 10 illik cəzaya məhkum edilmiş redaktor Novruzəli Məmmədovun iki il həbsxanada qaldıqdan sonra vəfat etməsi xüsusi qeyd olunur. 68 yaşlı Məmmədov məhbəsdə olarkən bronxit, prostat xərçəngi və bir sıra başqa ciddi xəstəliklərdən əziyyət çəkirdi. Koimitə diqqəti həmçinin Gündəlik Azərbaycan qəzetiin redaktoru Eynulla Fətullayevin həbsinə və ona qarşı heroin gəzdirmək barədə qaldırılmış yeni ittihamlara çəkir. Jurnalist Eynulla Fətullayev Komitənin təsis etdiyti Beynəlxalq Mətbuat Azadlığı Mükafatının bu ilki laureatlarından biridir.

XS
SM
MD
LG