Accessibility links

Ukrayna məhkəməsi prezident seçkilərinin nəticələrini müvəqqəti olaraq təsdiqləməyib


Ukrayna məhkəməsi prezident seçkilərinin nəticələrini müvəqqəti olaraq təsdiqləməyib

Ukrayna məhkəməsi prezident seçkilərinin nəticələrini müvəqqəti olaraq təsdiqləməyib

<!-- IMAGE -->

Ukrayna məhkəməsi məğlub olmuş namizədin şikayətlərini nəzərdən keçirmək məqsədilə bu ayın prezident seçkilərinin nəticələrini müvəqqəti olaraq təsdiqləməyib.Ali İnzibati Məhkəmə bu gün açıqladığı bəyanatda Mərkəzi Seçki Komissiyasının Viktor Yanukoviçi qalib elan edən açıqlamasını müvəqqəti təxirə saldığını bildirib.

Məğlub olmuş prezidentliyə namizəd Yuliya Timoşenko 7 fevral seçkilərinin nəticələrinin ləğv edilməsini istəyir.Ukraynanın hazırkı baş naziri xanım Timoşenko seçkilərin saxtalaşdırıldığını bildirib.O, təslim olmaqdan imtina edib.Baş nazir saxtakarlıq hallarının ona bir milyon səsə başa gəldiyini iddia edir.Son nəticələr Timoşenkonun 888,000 səslə uduzduğunu göstərir.

XS
SM
MD
LG