Accessibility links

Əli Xameneyi Hillari Klintonu yalan yaymaqda günahlandırıb


Əli Xameneyi Hillari Klintonu yalan yaymaqda günahlandırıb

Əli Xameneyi Hillari Klintonu yalan yaymaqda günahlandırıb

<!-- IMAGE -->

İranın ali dini lideri ABŞ dövlət katibi Hillari Klintonu Körfəz ölkələrinə səfəri zamanı İslam respublikasına qarşı yalanlar yaymaqda ittiham edib. Ayətulla Əli Xameneyi həmçinin Birləşmiş Ştatları regiondakı ölkələrdən pul əldə etmək üçün regionu silah anbarına çevirməkdə təqsirləndirib. Bu açıqlamaları bu gün İran dövlət telekanalı işıqlandırıb. Dünən dövlət katibi Hillari Klinton regiona səfərini regiona səfərini başa vurub. Səfərin məqsədi isə Tehranın uranı zənginləşmə proqramına təzyiq göstərmək üçün BMT-nin İrana qarşı yeni sanksiyalar paketinə dəstək toplamaqdan ibarət idi.

XS
SM
MD
LG