Accessibility links

Rusiya İrana raket sistemi göndərməyi təxirə salıb


Rusiya İrana raket sistemi göndərməyi təxirə salıb
Rusiya İrana raket sistemi göndərməyi təxirə salıb

<!-- IMAGE -->

Rusiya rəsmisi deyir ki, texniki problemlər səbəbilə İrana havadan müdafə raket sisteminin göndərilməsi təxirə salınıb. Ölkə mətbuatı həmin rəsmiyə istinadən verdiyi məlumata görə, problemlər həll ediləndən sonra proses həyata keçiriləcək. Ancaq o, problemin nə qədər müddət ərzində həll ediləcəyi barədə heç bir açıqlama verməyib. İran iki ölkə arasında imzalanmış razılıq əsasında Tehranı S-300 sistemi ilə təmin edə bilməməsinə görə Moskvadan şikayətlənirdi. İran rəsmiləri bildirmişdilər ki, ləngimə ABŞ və İsrailin təzyiqləri altında baş verir.İki ölkə Tehrana İranın nüvə obyektlərinə hücumların qarşısını almağa imkan verən raket sistemlərinin satılmasına ciddi qarşı çıxır.S-300 növlü təyyarə və raket vuran sitemin İrana göndərilməsinin təxirə salınması İsrailin baş naziri Benyamin Netanyahunun Moksva səfərindən bir gün sonraya təsadüf edir. Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrana nüvə zənginləşdirilməsi fəaliyyətini dayandırmağı tövsiyə edərək bildirib ki, əks təqdirdə BMT-nin Təhlükəsizlik Şurası bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq edə bilər.

XS
SM
MD
LG