Accessibility links

Blogerlər məhkəmə heyətinə etiraz edib


Blogerlər məhkəmə heyətinə etiraz edib
Blogerlər məhkəmə heyətinə etiraz edib
<!-- IMAGE -->

Bakı Apellyasiya Məhkəməsi blogerlər Emin Milli və Adnan Hacızadənin şikayətlərinə baxışını bu gün davam etdirib.
Vəkil İsaxan Aşurov hakimlər heyətinə etiraz vəsatəti ilə çıxış edib. O bildirib ki, müdafiə tərəfi hələ ibtidai istintaqda müdafiə tərəfi blogerlərin hüquqlarının pozulmasından, təqsirsizlik prezumsiyasının pozulmasından və onların saxlanması zamanı qeyri-insani davranışdan şikayət edib. Bu şikayətlərə hakimlər hazırkı tərkibdə baxıb və təmin etməyib. Buna görə də vəkil Hakimləri “maraqlı tərəf ” adlandırıb.
Vəkil Elton Quliyev də hakim tərkibinə etiraz barədə vəsatəti dəstəkləyib. O, ibtidai istintaq zamanı pozuntularla bağlı məhkəmə istintaqı aparılması barədə vəsatət qaldırıb.
Hakimlər tərkibinə etiraza dair vəsatətlə əlaqədar prosesə sədrlik edən hakim Qail Məmmədov deyib ki, Cinayət Prosessual Məcəlləsinə əsasən, bu vəsatətə baxılması Bakı Apellyasiya Məhkəməsi sədrinin səlahiyyətlərinə aiddir.
Bundan sonra o, növbəti məhkəmə iclasını martın 3-nə təyin edib.
Blogerlər Adnan Hacızadə və Emin Milli 2009-cu il noyabrın 11-də 2 və 2,5 il müddətinə azadlıqdan məhrum edilib. Onlar iyulun 8-də Bakıda kafelərin birində insident zamanı bədənə az xəsarət yetirməksə ittiham edilib. Blogerlər ittihamı sifariş kimi qiymətləndirib. Beynəlxalq təşkilatlar və bir neçə hökumət blogerlərin həbsdən azad edilməsi tələb edib. Beynəlxalq təşkilatlar, hüquq müdafiəçiləri blogerlərin həbsinin internetdə yerləşdikləri hökumətin tənqidinə həsr edilmiş məzhəkə ilə bağlı olduğunu güman edir.

XS
SM
MD
LG