Accessibility links

Haitidə saxlanılan missonerlər Mayamiyə gəlib


Haitidə saxlanılan missonerlər Mayamiyə gəlib

Haitidə saxlanılan missonerlər Mayamiyə gəlib

<!-- IMAGE -->

Zəlzələnin baş verdiyi Haitidə uşaq oğurluğunda ittiham olunan 8 Amerika missioneri Karib hövzəsi ölkəsində saxlandıqdan 3 həftə sonra ABŞ-a qayıdıblar. Qrupu gətirən Birləşmiş Ştatların hərbi karqo təyyarəsi Florida ştatının Mayami şəhərinə bu gün enib. Onlar enəndən dərhal sonra mehmanxanaya gediblər. Missionerlər 33 haitili uşağı ölkədən çıxarmağa çalışandan sonra yanvarın 29-da nəzarət altına alınmışdılar. Dünən Haiti məhkəməsi onların səkkizini sərbəst buraxıb. Ancaq məhkəmə bildirib ki, Baptist qrupun digər iki lideri Lora Silsbi və Karisa Kolter Haitiyə əvvəlki səfərləri ilə bağlı sorğu-sual olunmaq üçün həbsdə saxlanmalıdır.

XS
SM
MD
LG