Accessibility links

İraqda yoxlama məntəqəsinə hücum olub


İraqda yoxlama məntəqəsinə hücum olub

İraqda yoxlama məntəqəsinə hücum olub

<!-- IMAGE -->

İraq rəsmiləri deyir ki, Anbar vilayətində intiharçı hücumu nəticəsində 11 nəfər həlak olub, 20 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hökumət rəsmilərinin sözlərinə görə, intiharçı Ramadi şəhərinin yerli hökumət binaları yaxınlığındakı yoxlama məntəqəsini partladıb. Son zamanlar Anbar vilayətində zorakılıqların artdığı müşahidə edilir. Bura bir zamanlar yaraqlıların əsas bazası idi. 2006-cı ildən başlayaraq vilayətdə sakitlik müşahidə edilməyə başlamışdı. O zaman sünni qəbilələr yaraqlıları qovmaq üçün ABŞ hərbçiləri ilə birgə işləməyə başlamışdı. Qeyd edək ki, İraq mart ayının 7-də parlament seçkilərinə hazırlaşır.

XS
SM
MD
LG