Accessibility links

İnquşetiyanın Nazran şəhərində bomba partlayışı baş verib


İnquşetiyanın Nazran şəhərində bomba partlayışı baş verib

İnquşetiyanın Nazran şəhərində bomba partlayışı baş verib

Rusiya mediasının buildirdiyinə görə, bu gün səhər narahatlıqların davam etdiyi İnquşetiya respublikasının paytaxtı Nazranda baş verən bomba partlayışı iki nəfərin ölümünə, 28 nəfərin yaralanmasına səbəb olmuşdur. Məlumatda deyilir ki, bir evə yerləşdiriilən azı üç bomba eyni zamanda partladılmışdır. Rusiyanın Prokurorların Təhqiqat Komitəsi rəsmilərinin İnterfax xəbər agentliyinə dediklərinə görə, ölənlər arasında bir polis işçisi və mülki vətəndaş var. Bundan əvvəl isə yaralananlar arasında Nazran Təhqiqat İdarəsinin başçısı Mixail Nalgiyevin də olduğu bildirilmişdi.

XS
SM
MD
LG