Accessibility links

“Haqqani” militant şəbəkəsi liderinin qardaşı öldürülüb


“Haqqani” militant şəbəkəsi liderinin qardaşı öldürülüb

“Haqqani” militant şəbəkəsi liderinin qardaşı öldürülüb

<!-- IMAGE -->

Pakistan rəsmiləri Şimali Vəziristanın Dandey Darpa Xel bölgəsində Birləşmiş Ştatların həyata keçirdikləri raket hücumları zamanı Taliban qüvvələrinin başçılarından birinin qardaşı Məhəmməd Haqqaninin öldürüldüyünü bildirmişlər. Məhəmməd Haqqaninin Əl-Qaidə və Talibanla əlaqəsi olan “Haqqani” militant şəbəkəsinin lideri Siracuddin Haqqaninin qardaşı olduğu deyilir.

Əfqanıstanla sərhəddəki bölgəyə hücumlar zamanı daha 3 nəfərin də öldürüldüyü xəbər verilir. Əfqanıstan rəsmiləri özlərini Əfqanıstanın şimalındakı bölgələrinin qubernatorları kimi təqdim edən iki Taliban komadirinin də dünən Pakistanda həbs edildiyini bildirmişlər.

XS
SM
MD
LG