Accessibility links

Rusiya və Almaniya İranın yeni sanksiyalarla üzləşə biləcəyini deyir


Rusiya və Almaniya İranın yeni sanksiyalarla üzləşə biləcəyini deyir

Rusiya və Almaniya İranın yeni sanksiyalarla üzləşə biləcəyini deyir

<!-- IMAGE -->

Rusiya və Almaniya bildirir ki, İran mübahisəli nüvə proqramına görə, BMT-nin əlavə sanksiyaları ilə üzləşə bilər. Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Andrey Nesterenkonun sanksiya qətnaməsi barədə hazırda BMT Təhlükəsizlik Şurasında iş aparılmadığını deməsinə baxmayaraq, o deyib ki, mümkün sanksiyalar istisna olunmur.Almaniya kansleri Angela Merkelin sözçüsü Ulriç Vilheymin sözlərinə görə, İranın davam edən təkidi beynəlxalq ictimaiyyəti əlavə sanksiyaların tətbiqinə məcbur edə bilər. Beynəlxalq Atom Enerjisi Agentliyi ilk dəfə dünən İranın nüvə silahı üzərində iş apara bilməsindən narahat olduğunu bildirib.

XS
SM
MD
LG