Accessibility links

Çin ABŞ-a sərt nota göndərib


Çin ABŞ-a sərt nota göndərib
Çin ABŞ-a sərt nota göndərib

<!-- IMAGE -->

Pekində rəsmilər president Barak Obamanın Tibetin sürgündə olan lideri Dalay Lama ilə görüşünə etiraz bildirmək üçün ABŞ-ın ölkədəki səfirini Xarici İşlər Nazirliyinə dəvət ediblər. Nazirlikdən bildiriblər ki, nazirin müavini Cui Tiankai səfir Con Hantsmanı dəvət edərək ona sərt etiraz notası verib. İki nobel selh mükafatı laureatı arasında danışıqlardan bir neçə saat sonra Çin Xarici İşlər Nazirliyinin sözçüsü bəyanat açıqlayaraq, görüşün ABŞ-Çin münasibətlərinə mənfi təsir etdiyini bildirib. ABŞ səfirliyinin sözçüsü isə deyib ki, Vaşinqton Çindən qəzəbli cavabı gözləyirdi. Onun sözlərinə görə, səfir Hantsman nazir müavini Tiankaya bildirib ki, iki ölkə arasında münasibətləri inkişaf etdirmək və əməkdaşlıq mərhələsinə daxil olmaq vaxtıdır.

XS
SM
MD
LG