Accessibility links

Dubay polisi İsrail kəşfiyyatının Həmas komandirinin qətlində əli olduğuna dair yeni faktları araşdırır

Dubay bildirir ki, İsrailin Mossad kəşfiyyat agentliyinin keçən ay Həmas komandirinin qətlində əli olduğuna dair yeni dəlillər mövcuddur.

Dubay polisinin bildirdiyinə görə, ölkəyə saxta Avropa pasportları və başqa şəxslər qismində daxil olmuş 11 nəfərin kredit kartla etdiyi ödənişlər və telefon danışıqlarının üstü açılıb. Onlar keçən ay Həmas komandiri Mahmud əl-Məbhuhun Dubayda mehmanxanada qətlində ittiham olunurlar.

Beynəlxalq polis agentliyi İnterpol onlar haqda artıq xəbərdarlıq verib. Dubay polis idafəsinin rəisi Dahi Xalfan Tamim bildirir ki, casusluq agentliyinin rəisinin qətlin planlaşdırılmasına kömək etdiyi sübut olsa, Dubay onun həbsini tələb edəcək. İsrail rəsmiləri işlə hər hansı bir şəkildə əlaqədar olduğunu rədd edir.

XS
SM
MD
LG