Accessibility links

İraqda əsas sünni siyasi blok seçkiləri boykot edir


İraqda əsas sünni siyasi blok seçkiləri boykot edir
İraqda əsas sünni siyasi blok seçkiləri boykot edir

Iraqda əsas sünni siyasi blok martın 7-i parlament seçkilərində iştirak etməkdən imtina edərək bildirib ki, İranın başçılıq etdiyi səylər nəticəsində blokun üzvlərinin iştirakına qadağa qoyulub.

Milli Dialoq Cəbhəsinin sözçüsü Heydər əl-Mulla deyib ki, blok onun ifadəsilə, xarici marağa uyğun siyasi prosesdə iştirak etməyəcək. Onun bildirdiyinə görə, partiya liderləri bu qərarı ABŞ-ın İraqda hərbi qüvvələrinin baş komandanı general Rey Odiyernonun bu həftənin əffəli İranın bir çox sünni siyasətçinin seçkidə iştirakına mane olan plana kömək etdiyinə dair birbaşa dəlillərin olduğunu deməsindən sonra veriblər.

O, başqa siyasi partiyaları da boykota qoıulmağa çağırıb. Milli Dialoq Cəbhəsinə İraqın keçmiş lideri Səddam Hüseynin partiyası ilə əlaqəsi olduğuna görə seçkilərdə iştirakına qadağa qoyulmuş nüfuzlu sünni partlament üzvü Saleh əl-Mutlak rəhbərlik edir.

XS
SM
MD
LG