Accessibility links

Mərakəş kralı tarixi məscidlərin vəziyyətinin öyrənilməsi haqda göstəriş verib


Mərakəş kralı tarixi məscidlərin vəziyyətinin öyrənilməsi haqda göstəriş verib

Mərakəş kralı tarixi məscidlərin vəziyyətinin öyrənilməsi haqda göstəriş verib

Mərakeş kralı Məhəmməd Meknes şəhərində qədim məscidin çökməsi və 41 adamın həlak olmasından sonra ölkədə tarixi məscidlərin vəziyyətinin öyrənilməsi haqda göstəriş verib.

Bu gün açıqlanan bəyanatda kral ölkə rəsmilərini məscidlərin təhlükəsizliyni müəyyən etmək üçün ekspertlərdən ibarət qrup yaratmağa çağırır. O, çökmüş məscidin bərpası haqda göstəriş verib.

Xilasetmə qrupları paytaxt Rabatdan 130 kilometr məsafədə yerləşən tarixi Meknes şəhərində Bəb Bərdiyinnə məscidində baş vermiş hadisə nəticəsində tikilinin altında qalımış bütün insanların çıxarıldığını bildirirlər. Məscidin minarəsi cümə namazı vaxtı içmuşdur. Azı 76 adamın yaralandığı bildirilir.

Rəsmilər hadisənin son günlər yağan şiddətli yağışlar nəticəsində baş verdiyini deyirlər.

XS
SM
MD
LG