Accessibility links

Portuqaliyada təbii fəlakət onlarla adamın həyatına son qoyub


Portuqaliyada təbii fəlakət onlarla adamın həyatına son qoyub
Portuqaliyada təbii fəlakət onlarla adamın həyatına son qoyub

<!-- IMAGE -->

Portuqaliya rəsmiləri bildirir ki, Atlantik okeanı sahilində yerləşən Madeyra adlı kurort adasında daşqınlar və palçıq sürüşmələri ən azı 38 adamın ölümünə səbəb olub və 100-dən çox adam yaralanıb. Regional sosial işlər katibi Fransisko Ramos müxbirlərə deyib ki, ölənlərin sayı daha çox ola bilər. O, itkin düşənlərin sayı barədə məlumat verməyib. Ramos deyib ki, cəsədlərin axtarışı davam edir və Portuqaliyadan yardım komandalarının gəlişi gözlənilir. Yerli media xəbər verib ki, şiddətli yağış və saatda 100 kilometr sürətlə hərəkət edən küləklər ağacları qırıb və yolların bağlanmasına səbəb olub. Populyar turist məkanı Portuqaliyanın 900 kilometr məsafədə cənib qərbində yerləşir.

XS
SM
MD
LG