Accessibility links

Hollandiya qoşunlarını Əfqanıstandan çıxaracaq


Hollandiya qoşunlarını Əfqanıstandan çıxaracaq
Hollandiya qoşunlarını Əfqanıstandan çıxaracaq

<!-- IMAGE -->

Hollandiyanın baş naziri bildirib ki, ölkəyə məxsus hərbi qüvvələr ilin sonunda cədvələ uyğun olaraq Əfqanıstanı tərk edəcək. Baş nazir Yan Piter Balkenende bu bəyanatı hökuməti Əfqanıstan qoşunların saxlamasına qarşı çıxan koalisiya tərəfdaşını itirdikdən bir gün sonra verib. Bu arada NATO rəsmiləri deyirlər ki, beynəlxalq hərbi qüvvələr Əfqanstanın cənubudakı Talibanın istehkamı sayılan Helmənd vilayətinin yollarının yaraqlılardan təmizlənməsi işində tərəqqi əldə ediblər. Britaniya, Amerika və Əfqanıstanın həbi qüvvləri yaraqlıların ən böyük istehkamı sayılan Mərcah şəhərində əməliyyatlar aparır. NATO rəsmiləri yazlı bəyanatda qeyd ediblər ki, cümə günü talibanın bir komandiri daxil olmaqla iki yaraqlı tutulub. Əfqanıstan prezidenti Həmid Karzay dünən bir daha taliban yaraqılarını silahı yerə qoymağa və hökumətlə dialoqa çağırıb.

XS
SM
MD
LG