Accessibility links

Dr. Fərhad Qabusi: Ana dilində təhsilə imkan verilməməsi inkişafın qarşısını alır


Dr. Fərhad Qabusi: Ana dilində təhsilə imkan verilməməsi inkişafın qarşısını alır

Dr. Fərhad Qabusi: Ana dilində təhsilə imkan verilməməsi inkişafın qarşısını alır

<!-- IMAGE -->

İNSAFƏLİ HİDAYƏT
İran azərbaycanlısı, fizik və dil üzrə tətqiqatçı Doktor Fərhad Qabusi Beynəlxalq Ana Dili Güne münasibətilə İranda Ana dili problemi məsələsi barədə redaksiyamıza müsahibə verib. Eyni zamanda riyaziyatçı olan alim Kəsrəvinin dil nəzəriyyəsinə cavab olaraq qəbul edilən “Azəri Dili” adlı məqalənin də müəllifidir.

Almaniyanın Konstans şəhərinin Politeknik Universitətində dərs deyən Dr. Qabusinin fikrinə görə dil insanları biri-birinə yaxınlaşdıran bir amildir. Elm dil vasitəsilə öğrəniləbilər. O ana dilinin və ana dilində təhsilin önəmini xüsusi ilə vurğulayır və deyir ki, tələbə elmi ən yaxşı öz ana dilində öyrənə bilər.

Dr. Qabusi alavə edir ki, insanın ana dilində təhsil almaması, həm onun həm də ölkədə elmin inkişafının qarşısını alır. Buna görə də İran fəsəfə və riyaziyat sahəsində lazımi qədər inkişaf edə bilməyib. Çünki, ki İranda yaşıyanların çoxu öz ana dillərində təhsil ala bilmirlər.

Alimin fikrinə görə dünyanın bir çox ölkələrində etnik grupların dilləri azaddır və bu mövzu, problemə səbəb olmur amma İrandakı vəziyyət ölkənin və əhalinin inkişafının qarşısını alır.

Doktor Farhad Qabusiyə görə, İran hökuməti İranın inkişafını istəyirsə, Fars dilindən ayrı dilləri təhlükə kimi görməməlidir.

XS
SM
MD
LG