Accessibility links

İsveçrəli biznesmen Liviya rəsmilərinə təslim olub


İsveçrəli biznesmen Liviya rəsmilərinə təslim olub

İsveçrəli biznesmen Liviya rəsmilərinə təslim olub

<!-- IMAGE -->

İmmiqrasiya pozuntularına görə Liviya rəsmiləri tərəfindən axtarışda olan İsveçrə biznesmeni Tripolidə bir ay davam edən gərginlikdən sonra bu gün təslim olub. Liviya xarici işlər naziri dünən Avropa diplomatlarına ultimatum göndərəndən sonra Maks Qoeldi bu gün İsveçrə səfirliyini tərk edib. Liviya məhkəməsi keçən il onu immiqrasiya qanununu pozmaqda və qeyri-qanuni biznes fəaliyyətləri ilə məşğul olmaqda günahkar bilmiş və 4 ay müddətinə azadlıqdan məhrum etmişdi. Qoeldi və həmkarı Raçid Həmdani İsveçrə ilə Liviya arasında diplomatik mübahisənin mərkəzində olublar. 2008-ci ildə İsveçrə Liviya lideri Müəmmər Qəzzafinin oğlunu həbs edəndən bir neçə gün sonra Liviya bu biznesmenləri fəhlələrlə pis rəfdar ittihamı ilə nəzarət altına alıb. Qəzzafinin oğlu əleyinə ittihamlar daha sonra geri götürülmüşdü

XS
SM
MD
LG