Accessibility links

NATO-nun Əfqanıstanda keçirdiyi əməliyyatlar zamanı onlarla mülki vətəndaş həlak olub


NATO-nun Əfqanıstanda keçirdiyi əməliyyatlar zamanı onlarla mülki vətəndaş həlak olub
NATO-nun Əfqanıstanda keçirdiyi əməliyyatlar zamanı onlarla mülki vətəndaş həlak olub
<!-- IMAGE -->

Əfqanıstan hökumətinin bildirdiyinə görə, bu gün NATO hava qüvvələrinin ölkənin cənubunda həyata keçirdiyi hücum 27 mülki vətəndaşın ölümünə səbəb olub. Nazirlər Şurası açıqladığı bəyanatda bəraət qazandırılması mümküm olmayan bu incidenti qınamışdır. İlkin məlumatlarda ölənlərin sayının 33 olduğu deyilsə də, sonradan bu rəqəmin 27 olduğu bildirilmişdir.

NATO-nun açıqlamasında isə Uruzqan vilayətindəki yaraqlılara qarşı həyata keçirilən hava hücumları zamanı mülki vətəndaşların qətlininvə yaralanmasının təsadüfən baş veridyi deyilir. Lakin NATO ölənlərin sayı barədə məlumat vermir. Açıqlamada eləcə də deyilir ki, əməliyyatlar başa çatdıqdan sonra yaralanan qadın və uşaqlar tibbi məntəqələrə çatdırılımışdır.

XS
SM
MD
LG