Accessibility links

İran uran zənginləşdirən iki yeni zavodun inşasını planlaşdırır


İran uran zənginləşdirən iki yeni zavodun inşasını planlaşdırır
İran uran zənginləşdirən iki yeni zavodun inşasını planlaşdırır

<!-- IMAGE -->

İran uran zənginləşdirilən iki yeni obyektin inşasına başlamağı planlaşdırdığını bildirir.

Dövlət mətbuatı bu gün İranın nüvə proqramının başçısı Əli Əkbər Salehiyə istinadən bildirir ki, obyektlərin inşası İran təqvimi ilə yeni ildə, yəni mart ayında başlayacaq.

İran noyabr ayında beynəlxalq ictimaiyyətin prosesi dayandırmaq çağırışlarına əhəmiyyət verməməyə davam edərək, Natanzda mövcud obyektdən əlavə, uran zəngiləşdirən yeni 10 zavodun inşsasını planlaşdırdığını bildirmişdi.

İsrailin Baş naziri Benyamin Netanyahu BMT Təhlükəsizlik Şurasının addıma razılıq verib-verməməsindən asılı olmayaraq, İranın enerji sektoruna dərhal embarqo qoyulmasına çağırmışdır.

XS
SM
MD
LG