Accessibility links

Nyu York şəhərində bomba hücumu planlaşdıran əfqan mühacir günahını boynuna alacağını deyib


Nyu York şəhərində bomba hücumu planlaşdıran əfqan mühacir günahını boynuna alacağını deyib

Nyu York şəhərində bomba hücumu planlaşdıran əfqan mühacir günahını boynuna alacağını deyib

<!-- IMAGE -->

Bruklinin federal rəsmiləri bildirirlər ki, Nyu York şəhərində bomba hücumu planlaşdıran əfqan mühacir prokurorlarla sövdələşmədə günahını boynuna almağa razılıq verib. Nəcibulla Zazi ötən il Koloradoda həbs olunaraq, qəsdlə bağlı Nyu Yorkda ittihamla üzləşmək üçün bu şəhərin rəsmilərinə təhvil verilib. Prokurorlar deyir ki, Zazi Pakistanda partlayışlar üzrə Əl-Qaidədən təlim və qəsdi həyata keçirmək üçün lazımi materialları almışdı.

Zazinin atası Məhəmməd Vəli Zazi də Nyu Yorkda partlayışlar üçün alınmış materialları məhv etmək və ya gizlətmək cəhdinə görə ittihamlarla üzləşib və 50 000 dollara zaminə buraxılıb. Nəcibulla Zazinin əmisi və iki məktəb yoldaşı da məsələ ilə bağlı cinayət məsuliyyətinə cəlb edilərə, həbs olunublar.

XS
SM
MD
LG