Accessibility links

Meksikada Latın Amerikası və Karib hövzəsi ölkələrinin sammiti keçirilir


Meksikada Latın Amerikası və Karib hövzəsi ölkələrinin sammiti keçirilir

Meksikada Latın Amerikası və Karib hövzəsi ölkələrinin sammiti keçirilir

Meksikanın Kankun kurort şəhərində Latın Amerikası və Karib hövzəsinin 30-dan çox ölkəsinin liderlərinin iki gün sürəcək zirvə toplantısı işinə başlayıb. Görüşlərin diqqət mərkəzində Haitidə vəziyyətin olacağı gözlənilir.

Rəsmilərin bildirdiyinə görə, sammitdə Birləşmiş Ştatlar və Kanadanın daxil olmadığı regional əməkdaşlıq qrupunun yaradılması məsələsi də qaldırıla bilər.

Haiti prezidenti Rene Preval da sammitdə iştirak edir. O, yanvar ayında iki yüz mindən çox insanın ölümülə nəticələnmiş zəlzələdən sonra Haiti üçün yardım səylərini müzakirə edəcək.

Sammitdə habelə Porfirio Lobonun Hondurasın legitim prezidenti kimi tanınması məsələsi də müzakirə ediləcək.

Argentina nümayəndə heyətinin isə Britaniyanın nəzarəti altında olan Folkland adalarının suverenliyinə regional dəstək qazanmağa çalışacağı gözlənilir.

XS
SM
MD
LG