Accessibility links

Azərbaycanda pensiyalar orta əmək haqqından çox aşağıdır


Azərbaycanda pensiyalar orta əmək haqqından çox aşağıdır
Azərbaycanda pensiyalar orta əmək haqqından çox aşağıdır
<!-- IMAGE -->

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehdiyev Azərbaycanda pensiya yaşlarının artırılmasının vətəndaşların sosial müdafiəsinə qarşı yönəldiyini bildirib. Onun fikrincə, Azərbaycan pensiya yaşını Avropa standartlarına çatdırıb, ancaq ölkədə orta ömür Avropadan on il azdır.
Ekspert hesab edir ki, Azərbaycanda pensiyalar da Avropa dəyərlərinə uyğun deyil. Belə ki, ölkə Avropa sosial xartiyasına qoşulub və pensiyaların minimum həddi orta əmək haqqının 80 faizi qədər olmalıdır. “Lakin ölkədə pensiya fondunun böyük bir hissəsinə dövlət məmurları, hərbiçilər və digərləri sahib çıxıb. Pensiyaçıların 60 faizdən çoxu isə cəmi 75 manat alır. Halbuki minimum pensiya 140 manatdan çox olmalıdır”.
Cənab Mehdiyev həmçinin pensiya ödəmələrinin də pensiya üçün bəs etmədiyini deyir. “Ölkədə gizli iqtisadiyyatın səviyyəsi çoxdur və bu sfera pensiya fonduna vəsait ödəmir. İşçi əhalinin ödəmələri isə pensiya təminatı üçün bəs etmir. Bu səbəbdən də pensiya fonduna dövlət büdcəsindən 30 faizədək ödəmə həyata keçirilir”, - deyə ekspert bildirib.
2009-cu ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1 milyard 600 mln. manat, xərcləri 1 milyard 675 mln. manat təşkil edib.
Ölkə üzrə əmək pensiyaçılarının sayı 2009-cu ilin sonunda 1 308 432 min nəfər olub. Əmək pensiyalarının orta aylıq məbləği 2009-cu ilin sonuna 100,4 manat olub ki, bu da orta aylıq əmək haqqına nisbətən 34 faiz təşkil edir.



XS
SM
MD
LG