Accessibility links

İndoneziyanın Açeh vilayətindəki təlim düşərgəsində reyd keçirilib


İndoneziyanın Açeh vilayətindəki təlim düşərgəsində reyd keçirilib

İndoneziyanın Açeh vilayətindəki təlim düşərgəsində reyd keçirilib

<!-- IMAGE -->

Bu gün İndoneziyanın Açeh vilayətində terrorçuların təlim düşərgəsi olduğundan şübhələnilən ərazidə polisin keçirdiyi reyd zamanı 4 nəfər həbs edilib. Açehin polis rəisi Aditya Varman 50 nəfərə qədər yaraqlıdan ibarət düşərgənin İndoneziyada bir çox hücumlar həyata kekiməkdə ittiham edilən regiondakı terrorçu Cemahi İslamiyyə qrupunun bir qolu olduğundan şübhələnildiyini deyib.

Açehin paytaxtı Banda Açehdən 70 km məsafədə yerləşən düşərgədə dünən gecə keçirilən reyddə 100-dən çox ağır silahlanmış polis iştirak edib. Polis düşərgədən silah-sursat, hərbi uniformalar, 2002-ci ildə Balidə 202 nəfərin ölümünə səbəb olan bomba hücumlarının video lentləri də daxil edilməklə, çox sayda pul və terrorçu təbliğat sənədlərinin ələ keçirildiyini deyib.

XS
SM
MD
LG