Accessibility links

NATO və ABŞ Əfqanıstandakı əməliyyatlar zamanı qətlə yetirilən mülki vətəndaşlara görə üzr istəmişlər


<!-- IMAGE -->

Əfqanıstan milli televiziyasında Birləşmiş Ştatlar və NATO ordusu rəsmilərinin hava hücumları nəticəsində 21 mülki vətəndaşın öldürüldüyünə görə üzr istədikləri nümayiş etdirilib. Dari və paştu dillərinə tərcümə edilmiş müraciətdə Birləşmiş Ştatlar generalı Stenli Makkristal keçən həftə Uruzqan vilayətindəki hava hucumları nəticəsində ölənlərə görə təəssüfləndiyini bildirib və əfqan xalqının etimadını qazanacağına vəd edib.

Əfqanıstan polisinin bildirdiyinə görə, NATO və Əfqanıstan ordularının Taliban yaralılarına qarşı genişmiqyaslı əməliyyatlar keçirdikləri Helmənd vilayətində baş verən partlayış 8 nəfərin ölümünə, 16-nın yaralanmasına səbəb olub. Polis bomba hücumunun bu gün vilayətin paytaxtı Ləşkər Gahda həyata keçirildiyini bildirib.

XS
SM
MD
LG