Accessibility links

Əli Qaracalı: ‘Biz İranın bütövlüyünün tərəfdarıyıq, amma dilimizdə təhsil istəyirik’


Əli Qaracalı: ‘Biz İranın bütövlüyünün tərəfdarıyıq, amma dilimizdə təhsil istəyirik’

Əli Qaracalı: ‘Biz İranın bütövlüyünün tərəfdarıyıq, amma dilimizdə təhsil istəyirik’

<!-- IMAGE -->

İranda 25 dil və ləhcə məhv olmaq təhlükəsi qarşısındadır. Kanadanın Toronto şəhərində yaşayan siyasi elmlər üzrə doktor və Ontario Əyalətinin "İran-Azərbaycanı Dil və Ədəbiyyat Ocağının" qurucularından Əli Qaracalı xidmətimizə müsahibəsində bunları deyib: “İranda dil azadlığını və dil haqlarını istəmək İranı bölmək kimi qələmə verilir. Bu doğru deyil. Əqsinə dil haqqı verməyəndə bölücülük fikri ortaya atılır. O deyir ki, "biz İranın bütövlüyünün tərəfdarıyıq, amma dilimizdə təhsil istərik."

Əli Qaracalının fikrinə görə son 80 ildə İranda Türk dili qadağan olunub. Bu dildə məktəb və universitet yoxdur. Türk dili ilə yanaşı, ərəb, kürd, bəluç və digər qeyri-fars dillərində də təhsilə icazə yoxdur. Bu dillərdə təhsilin olmaması, İran üçün çoxlu problemlər yaradır.

Qaracalı deyir ki, dil hüquqları illərdir Qərb və hətta şərq ölkələrində xalqlara verilib. Kanadada iki rəsmi dil var: İngilis dili və Fransa dili. Onlardan əlavə, Kanada müxtəlif yerli hindi qəbilələrinin dilləri də azaddır. Hətta bir neçə mühacir ailə öz ana dillərini qorumaq üçün dövlətdən yardım ala bilərlər. Qaracalı sözünə davam edərək deyir ki, Amerikada, Avstraliyada, Norveçdə, İsveçrədə, hətta Əfqanıstan, Pakistan, Hindistan və İraqda belə dil haqqı bütün xalqlar üçün rəsmi olaraq tanınır.

Bəzi İranlı yazıçılar iddia edirlər ki, İranda bütün dillərdə dərslik, müəllim, mədrəsə hazırlanması üçün maliyyə vəsaiti yoxdur. Ancaq Qaracalı bu fikri qəbul etmir və deyir: “İran bu lazımı vəsaitdən bir neçə qat artığını o dillərin qarşısını almağa xərcləyir. Hətta Tacikistana və Əfqanıstana dərsliklər verir”.

XS
SM
MD
LG