Accessibility links

Amerikanın səsinin ilk proqramının yayımından 68 il keçir


Amerikanın səsinin ilk proqramının yayımından 68 il keçir

Amerikanın səsinin ilk proqramının yayımından 68 il keçir

<!-- IMAGE -->

Bu gün Amerikanın səsi radiosunun ilk verilişinin efirə getməsindən 68 il keçir.

1942-ci il fevral ayının 24-də Amerikanın səsi Almaniya xalqına alman dilində nasistlərin müharibə propaqandasından fərli ilk proqramını yayımlamışdı.

Veriliş zamanı aparıcı Vilyam Harlan Heyl auditoriyaya demişdir:”Xəbərlər yaxşı, ya da pis ola bilər. Biz sizə həqiqəti söyləyəcəyik.”

Bu, Birləşmiş Ştatların müharibənin gedişinə müdaxilə etməsindən 79 gün sonra baş verirdi.

Müharibə bitəndə Amerikanın səsi Nyu Yorkda yerləşən studiyalarından dünyanın 40 dilində proqramlar yayımlayırdı.

Bu gün Amerikanın səsi öz proqramlarını radio, televiziya və internet vasitəsilə paytaxt Vaşinqtondakı qərargahından hər gün dünyada təxminən 125 milyon insana çatdırır.

XS
SM
MD
LG