Accessibility links

Yunanıstanda 30 mindən çox insan etiraz aksiyası keçirib


Yunanıstanda 30 mindən çox insan etiraz aksiyası keçirib

Yunanıstanda 30 mindən çox insan etiraz aksiyası keçirib

<!-- IMAGE -->

Bu gün Afinada hökumətin böhrana görə qəbul etdiyi sərt iqtisadi ölçülər əleyhinə keçirilən nümayişlərdə qarşıdurma baş verib. Yunanıstanın iğtişaş polisi nümayişçilərə qarşı göz yaşardıcı qazdan istifadə edib. Polis bildirir ki, insident daş tullayan bir qrup gəncin Afinanın mərkəzində parlament yaxınlığında bir binaya daxil olmağa çalışması ilə başlayıb. 30 mindən çox mülki xidmət və özəl sektor işçisi işlərini tərk edərək 24 saatlıq etiraz aksiyası keçirib. Aksiya hökumətin Yunanıstanı iqtisadi böhrandan çıxarmaq səyləri çərçivəsində ölçülər götürməsinə qarşı təşkil edilib. Bu ölçülərə vergilərin və pensiya yaşının artırılması da daxildir.

XS
SM
MD
LG