Accessibility links

Rusiya Iranı iflic vəziyyətinə sala biləcək sanksiyaların əleyhinədir


Rusiya Iranı iflic vəziyyətinə sala biləcək sanksiyaların əleyhinədir
Rusiya Iranı iflic vəziyyətinə sala biləcək sanksiyaların əleyhinədir

Rusiyanın xarici işlər nazirliyinin rəsmisi Oleq Rojkov bildirib ki, Moskva İrana qarşı nüvə fəaliyyətlərinə görə ölkəni iflic vəziyyətə sala biləcək sanksiyalara dəstək verməyəcək. O deyib ki, Rusiya dünyanın qüdrətli dövlətləri ilə İranı siyasi, iqtisadi və maliyyə baxımından təcrid edə bilən sanksiyalar paketi üzrə birgə iş aparmayacaq.

Röyters xəbər agentliyi Rojkova istinadən xəbər verib ki, Rusiya xüsusi olaraq İranın bank və enerji sektorlarına qarşı sanksiyaların əleyhinə çıxır.

Rusiya rəsmiləri bildirirlər ki, İrana qarşı hər hansı yeni sanksiyaların əsas məqsədi bir ölkəni cəzalandırmaq deyil, nüvə silahlarının yayılmasının qarşısını almaqdır.

XS
SM
MD
LG