Accessibility links

Rusiya prezidenti İranı beynəlxalq ictimaiyyətin tələblərinə məsuliyyətlə yanaşmağa çağırıb


Rusiya prezidenti İranı beynəlxalq ictimaiyyətin tələblərinə məsuliyyətlə yanaşmağa çağırıb

Rusiya prezidenti İranı beynəlxalq ictimaiyyətin tələblərinə məsuliyyətlə yanaşmağa çağırıb

<!-- IMAGE -->

Rusiya prezidenti Dmitri Medvedev Iranı beynəlxalq ictimaiyyətin nüvə proqramına son qoyulması ilə bağlı tələblərinə məsuliyyətlə yanaşmağa çağırıb. Rusiya mediasının bu günkü xəbərlərində deyilir ki, prezident Medvedev bu çağırışı onun Fransanın Paris-Match jurnalına verdiyi müsahibəsi zamanı edib. Rusiya prezidenti İranın öz nüvə fəaliyyətlərini şəffaf şəkildə həyata keçirməli olduğunu deyib. Prezident Medvedev eləcə də, Tehranın nüvə proqramının ölkəsinə yaxınlığını əsas gətirərək, humanitar fəlakətin baş verəcəyindən ehtiyatlandığını bildirib. Lakin Rusiya xarici işlər naziri Sergey Lavrov bu günkü bəyanatında bildirib ki, sanksiyalar ölkəyə zərər vurmaq üçün deyil, silah yayılmasının qarşısını almaq üçün istifadə edilməlidir.

XS
SM
MD
LG